Əlaqə Arxiv
news Image
2020.10.21
20:48
| A A A
İşğaldan azad edilmiş torpaqlarda azan verilib - "Ərəbi21"
Ərəb aləmində geniş oxucu auditoriyasına malik “Ərəbi21” saytında “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 27 ildən sonra azan verilib” sərlövhəli məqalə dərc edib.
Mövqe.az xəbər verir ki, məqalədə Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş yaşayış məntəqələrində şanlı Azərbaycan əsgərinin dövlət bayrağımızı sancmasından sonra azan səsləndiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın humanitar atəşkəsi pozduğunu və rəşadətli Ordumuzun hər gün yeni kəndləri və şəhərləri işğaldan azad etdiyini bildirib.
Məqalədə qədim Xudafərin körpüsündə də Azərbaycan bayrağının dalğalandığı qeyd edilib.
Bundan əlavə, Misirin “Gomhoriaonline”, “Cairo24” və “Akhbarelyom” informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, Zəngilan şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi barədə xəbərlər yayıblar.
Sizin Reklam Yeriniz