Əlaqə Arxiv
news Image
2020.10.22
07:00
| A A A
Azərbaycan üzərinə duşən öhdəlikləri yerinə yetirməyə hazırdır


Azərbaycan həmişə üzərinə düşən öhdəliklərə sadiq qalmışdır. İstər əvvəl, istərsə də indi münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, eyni zamanda Moskva danışıqlarından sonra Azərbaycan öz üzərinə düşən öhdəliklərə əsaslanıb, onları yerinə yetirməyə calışır.
    Həmişəki kimi  Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı -yatmış Gəncə şəhərinin yaşayış məntəqələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Həlak olanlar, yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə pozdu. Belə uzun danışıqlardan sonra Moskvada  öz üzərinə götürdüyü öhtəliklərə hörmətsizlik göstərdi.
      Vəziyyətin belə qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan həmişə nizamlama prinsipinə sadiqdir. Əgər Ermənistan danişıqlar məcrasında özünü konstruktiv aparsa, Azərbaycan günü sabah hərbi əməliyyatı saxlamağa hazırdır. 
    Ermənistan rəhbərliyi yaxın vaxtlarda baza prinsiplərini təkzib edən çox təhlükəli bəyənatlarla çıxış edib. Birinci  dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi irədəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özu də  elə bir vaxtda ki, işğal altında olan ərazilərdən  daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Erməni ordusu əslində fiaskoya uğrayır. Azərbaycan  döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir.
      Azərbaycanın məqsədi Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə- Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır.
      Sadalanan bütün bu baza prinsipləri,üstəgəl kommunikasiyaların açılması nizamlamanın  əsasıdır.
    Azərbaycan qan tökülməsinin davam etməsini istəmədən,insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.
Mətanət Ramazanova
Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz