Əlaqə Arxiv
news Image
2020.10.22
09:23
| A A A
Prezidentin Rusiyanın TESS ınformasiya agentliyinə müsahibəsi həqiqətləri dünyaya çatdırdı!
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın hərtərəfli və sürətli inkişaf dövrüdür. Prezident İlham Əliyev həqiqi liderdir. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycan Respublikasının beynəlxalq aləmdə gücünü və nüfuzunu artırır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi,Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır.
Prezident İlham Əliyevin Azərbaycana liderlik etdiyi dövrü səciyyələndirən cəhətlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyinin müdafiəsi,erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Prezidentimizin xalqa müraciətləri,xarici ölkə kanallarına verdiyi müsahibələr bunun bariz sübutudur.
2020-ci ilin 19 oktyabr tarixində Prezident cənab İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə liderimiz Qarabağın Azərbaycana qaytarılması uğrunda gedən müharibədən danışdı. Rusiyada razılaşdırılmış humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistanın münaqişənin əsas səbəbkarı olduğunu vurğulayan Prezidentimiz Gəncə hadisələrinə də toxundu:’Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi.”
Azərbaycan qan tökülməsinin əleyhinədir,müharibənin əleyhinədir.Lakin müharibə Azərbaycanın seçimi deyil. Biz 27 il humanist yanaşdıq, ancaq qan yaddaşımızı unutmadıq, Qarabağı unutmadıq, Xocalını unutmadıq, şəhidlərimizi unutmadıq.Və budur artıq ədalət günü gəlib çatdı. 27 illik danışıqların həll edə bilmədiyi haqq işini Azərbaycan hərbi gücü ilə geri qaytarır. Biz haqqlıyıq, çünki biz öz ərazilərimizdəyik. 
Status-kvo mövhumatını, ”güclü erməni ordusu"xülyasını biz dağıtmışıq, biz məhv edirik:”Status-kvonu biz pozmuşuq. Status-kvo yoxdur,təmas xətti yoxdur.”
Jurnalistin”Rusiya Suriyadan və Liviyadan əsgərlərin gətirilməsi ilə bağlı narahatlığını bildirir"fikrinə Prezidentimiz laiqli cavabını verdi:”Bizim ehtiyacımız yoxdur. Hətta biz səfərbərlik belə elan etməmişik. Bununla Azərbayacana qara yaxılmağa çalışır. Biz faktlar istədik,ancaq heç bir fakt görmədik. Bunun əvəzinə deyə bilərəm ki, Azərbaycan Rusiya ərazisindən Ermənistan silah göndərilməsindən narahatdır və bunu bildirib.”
Bəli, əfsus ki, bəziləri elə hesab edir ki, biz onların mənfur əməllərindən xəbərsizik, lakin belə deyil.Biz güclü siyasətə,güclü orduya və əzmli xalqa malikik. Haqq işimiz üçün, Qarabağ tam azad edilənədək son damla qanımız tökülənə qədər mübarizə aparacağıq!
Şəmilova Dünya 
Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci
Sizin Reklam Yeriniz