Əlaqə Arxiv
news Image
2020.10.22
10:14
| A A A
Azərbaycan ordusunun qələbə salnaməsi
Azərbaycan ordusunun qələbə xəbərləri davam edir. 20 Oktyabr tarixində Zəngilan şəhəri və 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O, cümlədən : Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Füğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,Yarəhmədli kəndləri; Xocavənd  rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng, kəndləri; Zəngilan rayonunun  Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunmuşdur.
    Azərbaycan ordusunun qarşısında məğlub olan erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır.Qürurla dalğalanan Azərbaycan  bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır.Azərbaycan əsgəri, Azərbaycan xalqı düşmən ordusuna dərs verir.Erməni millətinin yalanları ifşa olunur.
      Ermənistan ordusu Azərbaycan ordusunun üstün olmasını, haqq yolunda vuruşdugunu qəbul etməli və işğal etdiyi torpaqları geri verməlidir.
    Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq,dinc xalqa qarşı soyqrım törətmək, vətəndaşlarımızı öz doğma torpaqlarından didərgin salmaq insani əxlaqa,qanuna,beynəlxalq hüquqa ziddir.
    Dinc mülki vətəndaşa qarşı atəş açmaq namərdlikdir, hərbi cinayətdir. Ermənilərin namərd zərbələri nəticəsində uşaqlar, qadınlar və qocalar həlak olur. Artıq bütün dunya düşmənlərimizin vəhşı simasını görür. İşğaldan azad olunmuş torpaqlarımızda bir dənə də olsun salamat bina qalmamışdır.
    Gecə vaxtı qəsdən mülki əhaliyə qarşı törədilmış cinayət erməni faşizminin təcəssümüdür.
Artıq rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinə son qoyulur. İşğaldan azad olunmuş Xocavənd rayonunun Vənd kəndinə yeni Azərbaycan adi verildi. Artiq həmin kəndin adı Çinarlı adlanır.
    Azərbaycan həmişə münaqişə boyunca bütün aparıcı beynəlxalq  təşkilatlarla əməkdaşlıq edib.
      Biz inanırıq ki, Azərbaycan xalqı öz torpaqlarına qayıdacaq ,sülh, əmin-amanlıq  şəraitində yenə də qurub-yaradacaq.Dağılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa olacaq.
Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtsın, rahat və sülh şəraitində yaşasın.
Mətanət Ramazanova 
Nəsimi rayonu təhsil işçisi
Sizin Reklam Yeriniz