Əlaqə Arxiv
news Image
2020.10.22
10:33
| A A A
Ermənistan humanitar atəşkəsə əməl etmir
Bütün dünyanın gündəmini tutan Qarabağ müharibəsi Azərbaycanın haqq savaşıdı. Azərbaycan tarixi torpaqlarının erməni işğalçılarından azad olunması mübarizəsindədir. Şücaətli, yenilməz Azərbaycan ordusu öz gücünü  göstərərək hərb meydanında düşməni ağır məğlubiyyətə düçar etməkdədir. 
Oktyabrın 20-də Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində Azərbaycanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu, bu öhdəliklərə sadiqliyini vurğulamışdı.  Prezident İlham Əliyev Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozduğunu, danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdiyini və gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdiyini bildirmişdi. 
Əslində Ermənistan hökuməti təcavüzkar addımları ilə bütün dünyaya özünün terrorist və faşist simasını göstərmiş oldu. Dinc əhaliyə atəşin açılması beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Ermənistan tərəfi istər birinci Qarabağ müharibəsində, istərsə də indiki müharibədə atəşkəs rejiminə əməl etməmişdir.
 Ölkə başçısı daha sonra vurğulamışdı ki, Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır. Hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir. Bunlar, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. 
Müxbirin – “Hər halda, vəziyyət tələb edərsə, Sizin ölkəniz rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz edərdiniz?” sualına Cənab Prezident belə cavab vermişdir: “ Münaqişənin qaynar fazası dövründə Qərb və Rusiya mətbuatında Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələ olduğu müşahidə olunur. Ona görə sülhməramlıların və müşahidəçilərin kimlərin olacağını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər.  Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. İlk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır.  Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub.”
Bu gün Azərbaycan xalqının öz Prezidentinə etimadı tamdır və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tezliklə ərazi bütövlüyünü təmin edəcəkdir.
Fehruzzadə Xatirə 
Nəsimi rayon Təhsil işçisi 
Sizin Reklam Yeriniz