Əlaqə Arxiv
news Image
2020.10.22
15:32
| A A A
Prezident: "Biz də sülh istəyirik,lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik"

Dağlıq Qarabağ ərazisində də davam edən döyüşlər müddətin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox kütləvi informasiya vasitələrinə müsahibə vermişdir. Fərqli ölkələrin media nümayəndələri ilə müsahibələrində Prezidentimiz hər dəfəsində haqlı mübarizəmizi, bu yoldakı məqsədlərimizi, Azərbaycan ordusunun nələrə qadir olduğunu səlis danışıq tərzi ilə dünya ictimaiyyətinə  çatdırmağı bacarır.  Ölkə başçısı son olaraq isə 19 oktyabr tarixində Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Videomüsahibə ölkəmizin mövqeyini tam anlamaq üçün auditoriyaya kömək olacaq bəzi baza məsələləri ətrafında baş tutub.
Prezident İlham Əliyev atəşkəs haqqın da verilən sualları cavablayarkən Azərbaycanın öz tərəfdaşları ilə üzərinə götürdüyü bütün öhdəliklərə tam sadiq olduğunu bir daha qeyd edib. Lakin, Ermənistan tərəfi atəşkəs elan olunan andan 24 saat keçməmiş Gəncə şəhərini məqsədyönlü şəkildə raket hücumuna məruz qoymuşdur, onlar atəşkəsi nümayişkaranə şəkil də pozaraq vasitəçilərə də hörmətsizlik etmişdir. Ermənistan rəhbərliyi yaxın vaxtlar da ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərini təkzib edən çox təhlükələri bəyanatlarla çıxış edib. Bu da Ermənistan tərəfinin verdiyi sözlərə əməl etməyə qadir olmadığının sübutdur. 
Bu gün Azərbaycan ordusu döyüş meydanın da qalıb gəlir bunun üçün Xarici İşlər  nazirləri arasında  danışıqlar Rusiya tərəfindən təklif olunan da Azərbaycan dərhal razılığın bildirdi. Çünki, həmin dövrdə döyüşlər 10 gündür davam edirdi bu müddət ərzində isə Azərbaycan ordusu artıq cəbhə də gücünü sübut etmişdir. Bütün bunlar baxmayaraq Azərbaycan ordusunun tərkibin də Suriya və Liviyadan gətirilən muzdlu silahlılar olduğu haqqın da şayiələr yayılmışdı,amma bu şayiələri yayanlardan biz fakt, sübut tələb etdik də onlar səssiz qaldılar. 
Rusiya dövləti isə hər zaman Dağlıq Qarabağ ilə bağlı danışıqlar prosesin də mühüm yer tutub. Bunun üçün həm tarixi ,həm coğrafi xarakterli səbəblər var. Dəfələrlə Rusiya dövlətinin də iştirakı ilə Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçirilib . Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırılıb. Azərbaycan ordusu bu gün Qarabağ da uğurlu əməliyatların davam etdirir, amma, biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik. 
Azərbaycan ordusu bu gün Dağlıq Qarabağ da tarix yazır, hər gün qələbə xəbərləri gəlir haqq, ədalət bizim tərəfimizdədir. Tezliklə zəfər bizim olacaqdır!
Məmmədova Simranə 
Nəsimi rayon gənci,  Azərbaycan Dillər Universiteti tələbəsi

 

Sizin Reklam Yeriniz