Əlaqə Arxiv
news Image
2020.10.22
13:17
| A A A
Azad edilən ərazilərlə bağlı açıqlamalarınız... - Malkoç
Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.
Mövqe.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
“Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir.
Biz Türkiyə Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanları Assosiasiyasına sədrlik edirik”, - Ş.Melkoç bildirib".
Sizin Reklam Yeriniz