Əlaqə Arxiv
news Image
2020.10.22
14:03
| A A A
Haqq yolunda inamla addımlayan Azərbaycan
Bügün Qarabağ münaqişəsinin  hərbi  yol ilə həll olunması  bir  çox ölkələrə Azərbaycanın həqiqi  güc və imkanlarını göstərir. Hadisələri  xronoloji şəkildə təhlil etsək Azərbayxcan tərəfinin nə qədər qətiyyətli  və münaqişənin həlli  yolunda  kompromisslərə  hazır olduğunu  görə  bilərik. Ölkə başçısı İlham Əliyev  dünya  KİV-lərinə verdiyi  hər  bir  müsahibədə  hərbi  gedişlərin dayandırılmasının  yalnız  qarşı  tərəfinin adekvat  addımlarının cavabında ola  biləcəyini qeyd  edir.  Lakin  eyni addimları Ermenistan  tərəfindən  müşahidə eləmək mümkün deil.
        Hal hazırda Ermənistan  təfəri  o qədər isterik haldadır  ki,  nə etdiyihnin  özü  belə  fərqində  deil. Herbi meydanda  gücünü  göstərə  bilməyən Ermənistan Rusiyada XİN görüşündə humanitar atəşkəsə razılıq  verdiyi halda, döyüş meydanından kilometrlərlə uzaq olan şəhərləri atəşə  tutur. Azərbaycanın  ikinci şəhəri  saytılan Gəncə ballistik raket  hücümuna  məruz  qalır və Gəncə ilə  yanaşı  bir  neçə  səhərlərdə  qadağan olunmuş raket  qalıqları tapılır. Bu  vəziyyətdə bütün  dünya  üçün keçərli olan insan hüquqlarını  müdafiə  edən  qurumlar Azərbaycanda  olan terror  aktına  qarşı biganəliyini  nümayiş etdirir. Sivil insanları nişan  alan, mülki  əhalini  gecə saatlarında bomba  atəşinə  tutan bir ölkə 21-ci  əsrin səmaları  altında yaşamaq  laiq olmamalıdır. Dünya ölkələri anlamalıdırlar ki, bügün Ermənistanın aşıladığı aqressiya altında  gələcəkdə  hər  bir  ölkə ola  bilər və bu birbaşa  olaraq  insanlığa  bir  təhlükədir.  
         Dağlıq  Qarabağ  münaqişəsi 30 il sürən danışıqlardan sonra hal  hazırda herbi  yol ilə  həll olunmaqdadır. Bir cox politoloqların və mütəxəsislərin “Bu münaqişənin  hərbi həlli  yoxdur  və ola  bilməz” proqnozu Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev tərəfindən məhv edildi.  Azərbaycan ordusu bügün  düzgün nizamlanmış taktika  ilə  zəfərə doğru irəlləyir ki  buda status kvonun  deyişməsinə aqressorun  geri  cəkilməyinə  və münaqişənin həlli  yollarında addım  atmasına səbəb  olub. Və  bütün bunlar Azərbaycanın  necə  müstəqil siyasət  yürütdüyünü sübüt  etdiyi  zamanda düşmən tərəfinin necə rəzil bir  durumda olduğunu  cılpaqlığı ilə  göstərir. Haqq yolunda  inamla addımlayan Azərbaycanın  zəfərinə  heckəs  mane ola  bilməyəcək!!!Qarabağ  bizimdir!!!Qarabağ Azərbaycandır!!!
Cəfərova İradə                                                             Nəsimi  rayon Gənci
Sizin Reklam Yeriniz