Əlaqə Arxiv
news Image
2020.10.22
17:43
| A A A
Azərbaycan ordusu öz tarixini yazır

İllərdir gözlədiyimiz həsrət sona çatır, çatmaqdadır. Azərbaycanın şanlı ordusu qələbə çalaraq işğal altında olan Qarabağ ərazisinin hər qarış torpağını azad edib tarixə imza atır.Bildiyimiz kimi Qarabağın işğaldan azad olan ilk şəhəri Cəbrayıl şəhəri oldu. Cəbrayıl uğurunun ardından Füzuli şəhəri, 20 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev şəxsən özü Zəngilan şəhər və ətraf kəndlərinin işğaldan azad olduğunu xalqa çatdırdı. Azərbaycan xalqının uğuru bununlada bitmir. Yalnız Cəbrayıl,Füzuli,Zəngilan şəhər və ətraf kəndlərini deyil, o cümlədən Xocavənd ərazisində yerləşən ətraf kəndləri, Hadrut qəsəbəsini, Ağdərə ərazisində yerləşən Talış kəndi və Murovdağ zirvəsini çox böyük əzm göstərərək işğaldan azad etmişdir.
     Ermənistan faşistləri isə həmişəki əməllərindən bezməyərək , beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın  ən böyük şəhərlərindən olan Gəncə şəhərinə, digər şəhərlərə raket zərbəsi endirərək məğlubiyyətlərinin acısını mülki şəxslərdən çıxır. Bütün dünyanın gözü qarşısında Ermənistan hərbi cinayət törətmişdir.   Ancaq ordumuz şərəf yoxsulu olan düşmənə hərbi meydanda misilsiz qarşılıq verir.
      Prezident İlham Əliyev tez-tez xalq qarşısında çıxış edir. Bütün çıxışlarında ermənilərə problemin sülh yolu ilə həll olunması şansını tanıyır. Düşmən isə şanlı Ordumuz qarşısında aciz qalıb, məğlubiyyətini qəbul etmək istəmir. Azərbaycanın rəşadətli ordusu isə haqlı olaraq öz torpaqlarını işğaldan azad edir.
       Mən bir Azərbaycanlı gənci kimi fəxr edirəm.Fəxr edirəm ki şəhidlərimizin qisası alınır,torpaqlarımız qarış-qarış azad edilir.Buna görə də bütün xalq kimi cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!


Nəsimi RİH könüllüsü
Əhmədli Xəmməd

Sizin Reklam Yeriniz