Əlaqə Arxiv
news Image
2020.10.23
09:16
| A A A
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibinin cədvəlində bildirilir. Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək. Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.
Sizin Reklam Yeriniz