Əlaqə Arxiv
news Image
2020.10.23
09:43
| A A A
Azərbaycanın ildən-ilə artırdığı hərbi büdcə ordunun müasirləşdirilməsinə sərf olunub
İbrahim Rüstəmli: “Ordumuzda tətbiq edilən müasirlik öz uğurlu nəticəsini bundan sonra da verəcək, indiyə kimi əldə etdiyimiz qələbələrin davamı gələcək”


İşğala məruz qalan Azərbaycan özünün həbri büdcəsini ildən-ilə artırmalı olub. Hərbi büdcəsinin artması isə həm də Ordumuzun ən müasir silah və hərbi texnikalarla təmin edilməsi deməkdir. Bunun nəticəsidir ki, 20 ildən çoxdur Azərbaycanın ildən ilə artırdığı hərbi büdcə ordunun müasirləşdirilməsinə, modernləşdirilməsinə səbəb olub. Hazırda Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında yer alır. Ordumuzun arsenalında müasir “beşinci nəsl” silahlar üstünlük təşkil edir. Hansı ki, bu silahlar düşmən obyektlərini daha dəqiq və ani şəkildə vuraraq darmadağın etməyə imkan verir. Vətən müharibəsində bu müasirlik özünü hansı şəkildə göstərir?
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, ordumuzun müasir dövrün tələblərinə cavab verən silah və hərbi texnika ilə təmin edilməsi ölkəmizin  apardığı antiterror əməliyyatın hər bir sferasında özünü əyani şəkildə göstərir: “İstər sgtrateji, istərsə də taktiki baxımdan. Döyüş əməliyyatlarının aparılması, döyüş mövqelərinin qurulması, komanda qərargahları, komanda müşahidə məntəqələri, atəş nöqtələri və s. baxımından Ordumuz tamamilə müasir dövrün  tələblərinə cavab verən bir vəziyyətə çatdırılıb. Yəni istər strateji, istərsə də taktiki baxımdan  Azərbaycan Ordusu bu gün düşmənə qarşı müasir hərb elminin uğurlarını tətbiq etməklə mübarizə aparır. Düşmən tərəf yüksəkliklərdə qərar tutsa da, onun verdiyi itkilər şanlı ordumuzun verdiyi itkilərlə müqayisədə 2-3 dəfə çoxdur. Ordumuzn düşmənin yüksəklikdə yerləşən mövqelərini çox asanlıqla  ələ keçirir. Düşmənin Füzulidə qurduğu istehkamlar, müdafiə sistemləri 8 metrlik beton elementlərdən ibarət idi.  Ancaq Azıərbaycan Ordusu düşünülmüş plan əsasında düşməni  həmin istehkamlardan çıxardı və qısa müddətdə mühüm hərbi uğurlara imza atdıq. Ona görə də Azərbaycan Prezidenti öz çıxışında dedi ki, vaxt gələcək bu döyüşün tarixini hərbçilərimiz, hərb tarixini yazan alimlərimiz mükəmməl şəkildə öyrənəcək. Doğrudan da Azərbaycan yalnız hərbin müasir uğurları və silahları ilə döyüşmür. Həm də hərb tarixində rezonans tendensiyalar doğuracaq bəxş edir”.
Həmsöhbətimiz qeyd etdi ki, uzun müddətdir ki, Azərbaycan dövləti Silahlı Qüvvələrinin modernləşdirilməsi, müasir tələblərə cavab verməsi üzərində düşünüb: “Nəticədə dövlət  büdcəsindən bu istiqamətə böyük vəsaitlər ayrılıb. Təbii ki, nəticədə bütün bunlar da öz bəhrəsini verməkdədir.  Belə ki, Azərbaycan Ordusunda qısa zamanda aparılan islahatlar, kadr potensialı, silah-sursat arsenalımızın modernləşdirilməsi, hərbimizin dünyanın müasir hərbi texnika və silah-sursatla təmin edilməsi, eyni zamanda kadr hazırlığı sayəsində aparılan islahatlar Silahlı Qüvvələrimizin güclənməsinə gətirib çıxarıb. Axı yeni silahlardan istifadə etmək üçün yeni kadrlar lazımdır ki, Azərbaycan Ordusu bunun da öhdəsindən uğurla gəlib. Kadrlarımızın bir çoxu dünyanın bir sıra ölkələrində təcrübə mübadiləsi keçib, dünya ölkələrinin hərbi təcrübəsini yaxından öyrəniblər. Təbii ki, sparılan bu işlər sonda öz nəticəsini verməli idi və gördüyümüz kimki verib də. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti, Amerika, Böyük Britaniya, Almaniya, Türkiyə və Rusiya kimi hərbi baxımdan inkişaf etmiş dövlətlərin ordusunda təcrübə mübadiləsi keçir, müasir hərb elminin sirlərini öyrənir. Onların nailiyyətlərini ordumuza tətbiq etməklə təbii ki, daha da geclənmişik.  Azərbaycan Ordusunun inkişafı başda Ali Baş Komandan olmaqla dövlət rəhəbrliyi tərəfindən prioritet məsələ kimi gündəmə gətirilib ki, bunun da ciddi hədəflərə söykəndiyi aydındır. Hansı ki, bu hədəflər də dövlətimizin milli maraqlarına cavab verən hədəflərdir. 
Düşünürəm ki, Ordumuzda tətbiq edilən müasirlik öz uğurlu nəticəsini bundan sonra da verəcək. İndiyə kimi əldə etdiyimiz qələbələrin davamı gələcək. Təbii ki, bu qələbələrin sayı artacaq.  Azərbaycan Ordusu işğaldakı ərazilərimizi tamamilə düşməndən təmizləyəcək və həmin torpaqlarda dövlətimizin suveren hüququnu təmin edəcək. Bu gün fəxrlə deyirik ki, Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş orduları sırasında yer alır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz