Əlaqə Arxiv
news Image
2020.10.23
15:14
| A A A
Sadə ermənilər Ermənistanın indiki ağır vəziyyətini anlamağa başlayıblar
Tofiq Zülfüqarov: “Ermənistan hakimiyyəti məğlub olduğunu başa düşür, sadəcə bunu qəbul etmək, boyunlarına almaq istəmirlər” Zərdüşt Əlizadə: “Çünki Ermənistan hakimiyyəti öz imkanlarını düzgün qiymətləndirməyi bacarmır”

Sadə ermənilər Ermənistanın indiki ağır vəziyyətini anlamağa başlayıblar
Tofiq Zülfüqarov: “Ermənistan hakimiyyəti məğlub olduğunu başa düşür, sadəcə bunu qəbul etmək, boyunlarına almaq istəmirlər”
Zərdüşt Əlizadə: “Çünki  Ermənistan hakimiyyəti öz imkanlarını düzgün qiymətləndirməyi bacarmır”
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdən əl çəkmirlər. Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Halbuki Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir. Bütün istiqamətlərdə düşmən ağır itkilərlə üzləşərək sarsıdıcı məğlubiyyətə uğramaqdadır. Onda, düşmən nə üçün itki versə də, geri çəkilsə də, məğlub olduğunu anlaya bilmir? Ona “dil” verən nədir, nəyə ümid edir?
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Ermənistan hakimiyyəti məğlubiyyətə düçar oldğunu başa düşür. Ancaq öz xislətləri ucbatından bunu qəbul etmək istəmirlər: “Bu məsələni təhlil edəndə açıq şəkildə görərik ki, Ermənistanda insanların çoxu siyasilər tərəfindən ortaya atılan məsələlərin reallıqdan uzaq olduğunu başa düşürlər. Artıq sadə insanların Ermənistanın indiki ağır vəziyyətini anlamağa başlayıblar. Siyasi elitaya gəldikdə, onlar da istər-istəməz təşvişdədir. Onun  nəticəsidir ki, indi daha tez-tez bir-birinə zidd olan bəyanatlarla çıxış edirlər. İndi onlar canlarını qurtarmaq üçün ən azından özlərini qəhrəman kimi qələmə verməyə çalışırlar.  Belədə, insanları ermənilər üçün mənasız olan döyüşlərə sürükləyirlər. Son döyüşlər gösdtərdi ki, Ermənistan ordusunun müqavimət göstərməsi üçün heç bir imkanı qalmayıb.  Son döyüşlərdə müxtəlif mənbələrə görə, düşmən tərəf 300-dən çox itki verib.  Bu baxımdan Azərbaycan Ordusunun sarsıdıcı zərbələri davam etdirilməlidir. Zərbə endirə-endirə, torpaqları azad edə-edə gözləməliyik ki, düşmən tərəf reallığı, nəhayət qəbul edəcək.  Reallıq isə  odur ki, 25 ilə yaxındır Ermənistanın ilk Prezidenti olan Levon Ter-Petrosyanın dediyi kimi, “indi etdiklərimizi vaxt gələcək xahiş edəcək, yalvaracağıq” məqamı gəlib çatıb.
Onlar başa düşürlər ki, ağır məğlubiyyətə uğrayıblar. Başa düşürlər ki, nə qədər çabasalarda heç nə onların istədiyi kimi getməyəcək. Sadəcə daxildə bunu qəbul etmək, boyunlarına almaq istəmirlər. Ələlxüsusda bu Paşinyanın ritorikasında görünür. Bu adam tamamilə siyasi reallıqdan uzaqdır. Onlara ciddi şəkildə deyilib ki, Moskva heç bir halda İrəvanın köməyinə gəlməyəcək. Halbuki, onlar Rusiyadakı diasporanın köməyilə buna ümidli idi. Hər halda mövcud vəziyyəti dərk etməli və reallığa qayıtmalıdırlar. Reallığa qayıtdıqdan sonra baxarıq”.
Politoloq Zərdüşt Əlizadə isə bu qənaətdədir ki, İrəvandakı hökumət imkanlarını düzgün dəyərləndirməyi bilmir. Ona görə də ağır məğlubiyyətə rəğmən hələ də bunu anlamaq istəmirlər: “Onlar düşünür ki, guya inadkarlıq göstərməklə sonda mövcud vəziyyəti dəyişə bilərlər. Bu mənada  da ermənilər özlərini məğlub hesab etmir. Sovet ordusunun İkinci Dünya Müharibəsində əvvəl geri çəkilməsini, sonra isə hücuma keçərək faşist Almaniyasını məğlub etməsini əsas gətirməklə bu cür düşünürlər. Amma əlbəttə ki, yanılırlar.
Bu vəziyyət onu göstərir ki, Ermənistan hakimiyyəti öz imkanlarını düzgün qiymətləndirə bilmir.  Düzgün qiymətləndirsəydilər indi başqa cür siyasət yürüdərdilər. Ermənistan tərəfi ümumiyyətlə gerçəkliklə barışmaq istəmir. Bununla da özlərinə daha ağır zərbə vururlar”.
R. SOLTANOV

Sizin Reklam Yeriniz