Əlaqə Arxiv
news Image
2020.10.24
22:23
| A A A
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir

Ermənistanın döyüşlərdə uşaqlardan istifadə etdiyinin görüntüləri yayılıb.

Trend-in məlumatına görə, görüntülərdən açıq görünür ki, Ermənistan bütün beynəlxalq normaları pozaraq uşaqları döyüşlərə cəlb edir.

Professor Rəşid İbrahimov Trend-ə açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir:

"Uşaqlar arasında itkilər olanda isə erməni təbliğatı bütün dünyaya səs-küy salacaq ki, Azərbaycan dinc əhalini, o cümlədən uşaqları məhv edir. Şübhə etmirəm ki, bu uşaqların şəkilləri gələcəkdə təbliğat məqsədilə dünya KİV-lərində yer alacaq. Yəni, Ermənistan hakimiyyətinin hədəfi Azərbaycanı dünyanın gözündə ləkələməkdir".

Sizin Reklam Yeriniz