Əlaqə Arxiv
news Image
2020.10.25
13:11
| A A A
Başqa ölkələrin müdaxilə etməsini istəmirik – İlham Əliyev

Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb.

Mövqe.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Foks Nyus” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar”, - deyə Prezident vurğulayıb.

Sizin Reklam Yeriniz