Əlaqə Arxiv
news Image
2020.10.25
19:52
| A A A
Düşmənin canlı qüvvəsi və texnikası məhv edildi

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, eləcə də 3 tank, 2 PDM, 6 artilleriya qurğusu, 1 ədəd “Qiasint-B” topu, 2 ədəd QRAD, 1 komanda idarəetmə məntəqəsi, 9 ədəd avtomobil texnikası və bir neçə atəş məntəqəsi məhv edilib və sıradan çıxarılıb:

“Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir”, - A.Eyvazov qeyd edib.

Sizin Reklam Yeriniz