Əlaqə Arxiv
news Image
2020.10.26
09:23
| A A A
Ankaradan Afinaya mesaj: Bundan əl çəkməlisən!
Yunanıstan Türkiyə ilə dialoqdan yayınmaq üçün süni səbəblər yaratmaqdan əl çəkməlidir.
Mövqe.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
O bildirib ki, Afina həmçinin, Ankaraya qarşı yeni şərtlər irəli sürməyi də dayandırmalıdır:
“Türkiyə Aralıq dənizinin şərq hissəsində öz sularında və BMT tərəfindən təyin edilən kontinental şelf zonasında tədqiqat işləri aparır. Yəni, Yunanıstan Xarici İşlər Nazirliyinin iddia etdiyi kimi tədqiqat işləri Şərqi Aralıqdakı onlara məxsus kontinental şelf zonasında deyil. Məsələ bir daha Yunanıstanın Türkiyədəki Səfirliyinə də izah edilib. “Oruc Rəis” gəmisinin 25 oktyabr - 4 noyabr tarixlərində aparacağı tədqiqat işlərinin mövcud yeri Yunanıstana 440 kilometr, Türkiyə ərazisinə isə 130 kilometr uzaqlıqdadır”.
Sizin Reklam Yeriniz