Əlaqə Arxiv
news Image
2020.10.26
14:24
| A A A
Qarabağa görə Türkiyəyə təzyiqlər artdı – Çağırış

Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır.

Mövqe.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrindən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə nisbətən qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyalarının tətbiqi mümkünlüyü də müzakirə olunur. Türkiyənin cəlb etdiyi xarici birbaşa investisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür. Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhfə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin Bir Millət, İki Dövlət birliyinə hamımız töhfə verək!”

Sizin Reklam Yeriniz