Əlaqə Arxiv
news Image
2020.10.26
16:27
| A A A
Bu yanaşma ikili standartın nəticəsidir və problemin çözülməməsinə xidmət edir

 

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində Qarabağ münaqişəsinin həlli üzrə sülh planı barədə deyib: “Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünki vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Bu qədər”.

Bəs, nədən həmsədrlər indiyə qədər “öz müqəddəratını təyinetmə prinsipi” haqda boş-boşuna danışıblar, məqsəd nə olub?

Politoloq Natiq Mirinin fikrincə, ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin ermənipərəst ölkələrədn ibarət olmasının nəticəsidir ki, problemin çözümü prosesinə ərazi bütövlüyü ilə yanaşı, xalqların özmüqəddəratını təyinetmə prinsipini də əlavə edilib: “Siyasətdə yaxın və uzaq məqsədlər olur. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlər institutu yaradılanda müəyyən nənada prosesə neytral mövqe sərgiləyəcək ölkələr seçilmədi. Münaqişəni yaradan Rusiya olmasına rəğmən o da bu prosesin içində yer aldı. Həmçinin, erməni diasporunun güclü olduğu ABŞ və Fransa kimi ölkələr də həmsədrlər institutuna daxil oldular. Bütün bunlar əlbəttə ki, Azərbaycanın maraqlarını ifadə etmir. Həmin səbəblərdən bu məsələdə tək ərazi bütövlüyü məsələsi deyil, eyni zamanda, xalqların öz müqəddaratını təyinetmə prinsipi də ortalığa atıldı. Bu məqam da ortalığa problemin çözümü üçün deyil, məhz çözülməməsi üçün atılıb. Belə vəziyyət Azərbaycandan güzəşt qloparmaq istəyilə bağlı idi. Rəsmi şəkildə deyilməsədə bütün danışıqlarda diplomatlar onu vurğulayırdı ki, cəbhədə qalib olan tərəf Ermənistandır və bu da mütləq mənada nəzərə alınmalıdır. Qaliblər müzakirə olunmur deyə, hər zaman  bu amildən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar. Proses belədə acı bağırsaq kimi uzandı. Bu günün özündə də mahiyyət etibarı ilə ciddi şəkildə heç nə dəyişməyib. Birinci Qarabağ müharibəsində ermıənilər qalib gələn tərəf kimi tanınır və ona xüsusi status müəyyənləşdirilirdisə, maraqlıdır ki, bu gün düşməni darmadağın edib, onları torpaqlarımızdan çıxmağa vadar edən Azərbaycan tərəfi olsa da, diktə edən tərəf kimi ölkəmizi qəbul etmək istəmirlər. Vasitəçilər daha çox atəşkəsin davamlı olması, bunun üçün mexanizmlərin yaradılmasını tələb edirlər.  Bu da Azərbaycanın beynəlxalq hüquqlarını görməzlikdən irəli gəlir. Çünki işğal edilmiş torpaqlarını azad etmək Azərbaycana beynəlxalq hüquqla tanınıb”.  

Həmsöhbətimiz qeyd etdi ki,  Qarabağ məsələsində xalqların öz müqəddəratını təyinetmə prinsipinin ortaya atılması ikili standartın nəticəsidir: “Məhz bu hüquq Azərbaycanın tərəfində olduğundan beynəlxalq aləmdə indi ölkəmizə qarşı hansısa qərarlar qəbul edə bilmirlər. BMT Təhlükəsizlik Şurasının atəşkəs sənədi qəbul edlmədi. Çünki burada təmsil olunanların çoxu hazırda Azərbaycanın rəhbərlik etdiyi Qoşulmamaq Hərəkatında təmsil olunur və onlar həmin sənədin qəbuluna imkan vermədilər. Nəticədə Rusiya və digər həmsədr ölkələr bu sənədi geri çəkmək məcburiyyətində qaldılar.  Bu həmsədrlərin həyata keçirdiyi ikili standartdır ki, onu da Qarabağ münaqişəsində tətbiq ediblər. Əslində Minsk qrupu BMT qarşısında hesabatlı olmalıdır. Hesabat verməlidirlər ki, niyə 27 il ərzində zərrə qədər də olsa irəliləyiş olmayıb. Vasitəçilər ölkəyə sadəcə turist kimi gəlib sonra geri qayıdıblar. İşğalçı ilə işğala mıəruz qalan arasında bərabərlik işarəsi qoymaqla yalnız atəşkəsin olmasına xidmət ediblər ki, bu da yalnız ermənilərin maraqlarına xidmət edir. Çünki onlar heç nə itirmir. Ermənilər hər il işğal olunmuş ərazilərdən 400 milyon dollar pul qazanıb”.

N. Miri bildirdi ki, həmsədr ölkələr xalqların özmüqədəratı prinsipini ortaya atmaqla, problemə çözüm deyil, çözülsüzlik gətiriblər: “Azərbaycanın bu müstəvidə şanlı qələbələri Rusiyanı narahat edir. Çünki yüksək ranqlı generalitet işğal edilmiş ərazilərdəki gəlirlərini itirmək təhlükəsilə üz-üzədirlər. Bu səbəbdən də Azərbaycanın 5 rayonun azad edilməsindən sonra dayanmasını və dərhal sülhməramlıların əraziyə gəlməsini tələb edirlər. Ona görə də xalqların özmüqəddəratı prinsipi ərazi bütövlüyü məsələsilə paralel olaraq dövriyyəyə buraxılıb ki, münaqişəni çözmək mümkün olmasın.  Yəni “ayının min oyunu var, bir armudun üstündə”. Azərbaycan da buna imkan vermədiyindən 27 ildir ki, problem davam edir”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz