Əlaqə Arxiv
news Image
2020.10.27
16:35
| A A A
Natiq Miri: “Azərbaycan problemi özü həll etdikdən sonra Minsk formatına ehtiyac qalmır”

 

Prezident xalqa 26 oktyabr müraciətində Dağlıq Qarabağ münaqişəsinin həllinin öhdəsindən gələ bilməyən ATƏT-in Minsk qrupunun həmsədrlərini kənara çəkilməyə səsləyib: “Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar”.

Bu fikirlər nəhayət Minsk qrupunun kənara durmasına imkan yarada bilərmi?

Politoloq Natiq Miri bildirdi ki, Azərbaycan dövlət başçısı həmin açıqlaması ilə ATƏT-in Minsk qrupu həmsədrlər institutunun faydasız olduğunu diqqətə çatdırıb: “Bu rəsmi olaraq həmin qurumdan  imtina demək deyil.  Sadəcə bu qurumun nə qədər faydasız olduğu beynəlxalq və Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırılıb. Bir format ki, 27 il ərzində prosesdə zərrə qədər də olsa irəliləyişə nail ola bilməyibsə, deməli  bunun çox ciddi səbəbləri var. Bu da həmin qurumda həmsədr olan dövlətlərin tərəf tutması ilə bağlıdır. ABŞ, Fransa və Rusiya bu illər rəzində neytrallığı itirərək birmənalı olaraq Ermənistanın havadarları kimi çıxış ediblər. Onlar daha çox Dağlıq Qarabağın müstəqil subyekt olması uğrunda çalışıblar”.

Politoloq qeyd etdi ki, neytrallığı itirən həmsədr dövlətlər bununla legitimliklərini də itiriblər: “Yəni neytrallığı itirməyin özü müəyyən mənada Minsk qrupu formatının legitimliyi itirməsi anlamına gəlir.  Heç bir çözüm istehsal etməyən bir formatın bundan sonrakı fəaliyyəti gərəksiz olmaqla yanaşı, həm də ziyanlıdır. Dağlıq Qarabağ probleminin həllində bu format heç bir müsbət irəliləyişə nail ola bilməyibsə, BMT-nin məlum 4 qətnaməsinin icrasını Azərbaycan Ordusu yerinə yetirirsə, bundan sonra Minsk qrupunun fəaliyyətinə lüzum görünmür. Bunun əksini söyləmək özünü aldatmaq olardı. İndiki vəziyyətdə Azərbaycan Ordusu status-kvonu dəyişərək BMT qətnamələrindən ikisini, 874 və 884 nömrəli qətnamələri artıq yerinə yetirib. Qətnamələrdən irəli gələn digər ikisini də Azərbaycan Ordusu yerinə yetirmək üzrədir.  Belə olan təqdirdə, sözsüz ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur.

Bu gün Minsk qrupu əslində Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn haqqının bərpa olunması prosesinə maneə olmaqdan başqa heç nəyə yaramır. Atəşkəsin təmin edilməsi və bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi problemin həllinə heç nə verməyəcək. Əksinə, prosesi yenidən onillərə qədər donduracaq. Bu da Ermənistanın maraqlarına xidmət edən addımdır”.

N. Mirinin fikrincə, Minsk qrupunun hər hansı çağırışlarına fikir vermədən Azərbaycan Ordusu BMT-nin 4 qətnaməsinə icrası yönündə missiyasına davam etməlidir: “Azərbaycan problemi özü həll etdikdən sonra Minsk formatına da ehtiyac qalmayacaq. Minsk formarında olan dövlətlər bu günə qədər iddia edirdi ki, problemin hərbi həlli yoxdur. Ancaq gördüyümüz kimi, Azərbaycan problemi hərb yolu ilə həll etmək əzmindədir. Minsk qrupunun əl-ayağa düşməsi də bununla bağlıdır.

 Bu yolla Ermənistanı Azərbaycanın əlindən almaq istəyirlər.

Ona görə də gizli və açıq şəkikldə Ermənkistana silahlar, muzdlu döyüşçülər daşınır. Digər tərəfdən, beynəlxalq səviyyədə iaqtisadi və siyasi baxımdan Azərbaycan və Türkiyəyə təzyiq etməyə çalışırlar. Bütün bunların da bir hədəfi var, Azərbaycanı dayandırmaq və işğaldakı ərazilərin azad olmasına imkan verməmək. Bu cür fəaliyyəti qarşısına hədəf qoyan formatın bunan sonrakı fəaliyyətinə əlbəttə ki, ehtiyac yoxdur. Onlar öz missiyasına uyğun konkret fəaliyyət ortaya qoyub, Ermənistanın digər işğal bölgələrindən də çıxmasına razı salarlarsa, yenidən Minsk qrupunun fəaliyyətinə razı olmaq olar.  Amma hələlik bunu müşahidə etmirik. Bu fəaliyyət görünməyincə Azərbaycan Ordusu başladığı prosesi davam etdirəcək”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz