Əlaqə Arxiv
news Image
2020.10.29
10:52
| A A A
Hikmət Hacıyev və Baş Prokuror Bərdədə - YENİLƏNİB

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərinə gəliblər.

Mövqe.az xəbər verir ki, onlar Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olurlar.

09:28
Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.
Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
H.Hacıyev bildirib: “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".
Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.
Sizin Reklam Yeriniz