Əlaqə Arxiv
news Image
2020.10.29
09:49
| A A A
Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Elman Nəsirov: “Azərbaycanın ərazi bütövlüyünə qəsd faktını aradan qaldırmaq üçün irəli sürdüyü prinsiplər elə birbaşa beynəlxalq hüquqa söykənir” Aydın Quliyev: “Minsk qrupu həmsədrləri tərəfindən qəbul edilən baza prinsiplərində də məhz ərazi bütövlüyü məsələsinin üstünlüyü, prioritetliyi bir daha təsdiq olunur”


Ukraynalı siyasi ekspert Petro Oleşşuk  hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı şübhə doğuran istənilən variant qəbuledilməzdir. Münaqişələr beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir.
Qeyd edək ki, Azərbaycan tərəfi işğala son qoymaq üçün işğalçı qoşunların dərhal çıxarılmasını tələb edir. Bunun üçün Azərbaycan müddət də qoymağa hazırdır.
Beynəlxalq hüquq isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ölkəmiz BMT də daxil bütün beynəlxalq qurumlara məhz 86 min kvadratkilometr sahəlik ərazi  qismində daxil olub.  
Bu konteksdə Azərbaycanın ərazi bütövlüyünə qəsd olan işğal faktını aradan qaldırmaq üçün irəli sürdüyü prinsiplərlə beynəlxalq hüquq arasında hansı uyğunluq var?
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Azərbaycanın işğal faktını aradan qaldırmaq yolunda irəli sürdüyü prinsiplərlə beynəlxalq hüquq arasında birbaşa uyğunluq vardır: “Qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd faktını aradan qaldırmaq üçün irəli sürdüyü prinsiplər elə birbaşa beynəlxalq  hüquqa söykənir. Bu proses Helsinki  Yekun Aktının 10 prinsipinə söykənir. Burada dövlətlərin ərazi bütövlüyü məsələsi öz əksini tapıb. BMT nizamnaməsinin 5 fəsil 25 maddəsinə görə BMT-nin  qəraraları məcburidir. BMT isə münaqişənin çözülməsilə bağlı 4 qətnamə qəbul edib. Hansı ki, bu qətnamələrdə də Azərbaycanın  ərazi bütövlüyü  və işğaçının dərhal ərazilərimizdən çıxarılması məsələsi  öz əksini tapıb. Amma  həmin qətnamələr yeniə yetirilməyib. Azərbaycan ordusu BMT-nin bu funksiyasını özü yerinə yetirir. Həmçinin burada, 7 fəsil 41 maddəyə görə, BMT qətnamələrini icra etməyən tərəf sanksiyalara məruz qala bilər. Ona münasibətdə iqtisadi, maliyyə, vəzifəli şəxslərin  səfərlərinə məhdudiyyətlərin qoyulması kimi sanksiyalar verilə bilər. Amma təəssüf ki, BMT bu günə qədər işğalçıya qarşı bu sanksiyalardan heç birini işə salmayıb. Ona görə də qurumun nizamnaməsinin 50.1 maddəsinə görə, müdafiə hüququmuz vardır. Hansı ki, Azərbaycan Ordusu indi həmin funksiyanı yerinə yetirir”.
Politoloq Aydın Quliyev öncə qeyd etdi ki, Minsk qrupunun həmsədrləri olan ölkələr münaqişənin həlli üzrə baza prinsiplərinin hazırlanmasında iştirak və onu qəbul ediblər: “Baza prinsiplərində beynəlxalq hüquq normalarına ziddiyyət təşkil edən nələrsə olsaydı, həmsədr ölkələr istəsələr də belə, onu heç zaman qəbul edə bilməzdilər. Əslində, həmsədr ölkələrin baza prinsiplərini Ermənistanın özünə də qəbul etdirməsinin kökündə dayanan məqam odur ki, həmin prinsiplər beynəlxalq hüquq normalarına uyğundur. Bu baza prinsiplərində Azərbaycanın ərazi bütövlüyü əksini tapır, qaçqın, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması ehtiva olunur.  Habelə dövlətlərarasında rifaha və inkişafa xidmət edən kommunikasiyaların işinin bərpa olunması da tamamilə beynəlxalq hüquqa uyğundur. Bir sözlə, burada beynəlxalq hüquqla ziddiyyət təşkil edən heç nə yoxdur.  Çünki beynəlxalq münasibətlərin 10 əsas prinsipi kimi qəbul olunan prinsipləri sırasında ərazi bütövlüyü məsələsilə müqəddaratın təyin edilməsi prinsipi  də yer alıb.
Amma o şərtlə ki, ərazi bütövlüyü prinsipi üstündür və müqəddəratın təyini prinsiöi birinci prinsiöi qəti şəkildə pozmamalıdır. Minsk qrupu həmsədrləri tərəfindən qəbul edilən baza prinsiplərində də məhz ərazi bütövlüyü məsələsinin üstünlüyü, prioritetliyi bir daha təsdiq olunur”.
Həmsöhbətimiz bildirdi ki, bu həm Azərbaycanın mənafeyinə cavab verir, həm də beynəlxalq hüquq normalarına uyğundur: “Beləliklə, beynəlxalq hüquq norması olan öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü məsələsilə ziddiyyət təşkil etmədən, ərazi bütövlüyünü pozmadan müqəddəratın təyini, güc tətbiq etməmək, güc tətbiqilə hədələməmək və s. bu kimi məqamlar beynəlxalq prinsiplərə tamamilə uyğundur. Amma o başqa məsələ ki, Ermənistan son anda bazaa prinsiplərindən imtina edərək təxribata əl atdığından Azərbaycan baza prinsiplərində nəzərdə tutulan şərtlərin hərbi əməliyyatlar yolu ilə həyata keçirilməsi məcburiyyətində qalıb”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz