Əlaqə Arxiv
news Image
2020.10.29
13:45
| A A A
Qarabağı sonuncu qarışınacan düşmən tapdağından azad edəcəyik

Cənab Prezidentimiz İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə vermiş və son hadisələrlə bağlı ətraflı məlumat vermişdir.

       Sentyabrın 27-dən etibarən mənfur düşmənin hücumları ardı-arası kəsilmir. Bu hərbi hücumun nəticəsində bizim mülki şəxslərimiz və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Onlar ilk dəfə bizə, Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Onlar yeni ərazilərimizi işğal etmək istəyirdilər.

       Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kədlərin bir hissəsini azad edə bilmişdir. Prezidentimiz demək olar ki, hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığından irəli gəlir.  Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər.

        Ermənistan dövləti atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar (onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə raket atıblar və ikinci dəfə oktyabrın 17-də ediblər), bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik.

        Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. Bu çətin vəziyyətdə, qardaş dövlətimiz Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etmişdir. Biz buna görə  ona çox minnətdarıq. Bəli, müasir silahlarla, müasir avandanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan  əsgərləri və zabitləridir.

        Sonda Prezidentimiz müsahibə zamanı dinlə bağlı öz fikirlərini  bildirmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Hazırda bizim işğal olunmuş torpaqlarımızdaki məscidlərimiz dağılıb.  Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Hətta bununla bağlı sübut da var. İnternetdə Zəngilan rayonun bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər mövcuddur. Az əvvəl də, qeyd etdiyim kimi, Azərbaycan dünyəvi ölkədir və bu gələcəkdə də qalaraq davam edəcək.

 Əliyeva Zenfira

  Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

                                                        

Sizin Reklam Yeriniz