Əlaqə Arxiv
news Image
2020.10.29
16:40
| A A A
Azərbaycan dövləti öz gücü ilə ədaləti bərpa edir, yeni tarix yazır

Son 1 aya yaxındır ki güclü Azərbaycan ordusu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə , 27 il təcavüzkar erməni qüvvələri tərəfindən işğal altında olan Azərbaycan torpaqlarının geri alınmasına şahidlik edirik. Şahidlik etdiyimiz bu qürurverici mənzərənin səbəbkarı olan Azərbaycan ordusuna başçılıq edən İlham Əliyev, Fransanın “Figaro” qəzetinə müsahibə verib. Bu müsahibədə Ali Baş Komandan, erməni terrorunun cavabsız qalmadığını bildirib. Mənfur düşmənlərimizin törətdikləri çirkin əməllərə cavab olaraq, igid əsgərlərimiz azad edilmiş ərazilərin siyahısına yenilərini əlavə etməkdə davam edir.

Xalq arasında da böyük bir motivasiya mövcuddur və hər bir Azərbaycan vətəndaşı bütün gücü ilə Ali baş Komandanımıza və ordumuza dəstək verməyə hazırdır. Qardaş ölkə Türkiyə də bu ədalətli müharibədə haqqın tərəfindədir və Cənab prezident müsahibədə bu mövzuya da toxunmuşdur. “Biz ermənilərdən fərqli olaraq, silah və hərbi vasitələri digər ölkələrdən pul ödəyərək alırıq”-bu fikirləri Cənab Prezident söyləyib. Lakin bu mübarizədə ən böyük rol əsgərlərimizin, ordumuzun üzərindədir. Azərbaycan dövləti öz gücü ilə ədaləti bərpa edir, ordumuz yeni tarix yazır. Hər birimiz qanımızın son damlasına qədər vətənimiz uğrunda döyüşməyə, haqqı bərpa etməyə hazırıq və Azərbaycan ordusu, Azərbaycan əsgərləri, Ali Baş Komandanımız ilə fəxr edirik!

Əlixanlı Fatimə

Nəsimi Rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi

Sizin Reklam Yeriniz