Əlaqə Arxiv
news Image
2020.10.29
14:17
| A A A
Diplomatlar Tərtərə getdi, düşmən bura da atəş açdı
Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.
Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk", - MN-dən bildirilib.
Sizin Reklam Yeriniz