Əlaqə Arxiv
news Image
2020.10.30
11:48
| A A A
AŞ PA-nın komitə sədri: Bərdəyə zərbələrin endirilməsi, insanların həlak olması fəlakətdir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırıb. Mövqe.az-ın məlumatına görə, komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib (https://pace.coe.int/en/news/8073/-missile-strikes-on-civilian-areas-have-to-stop-says-migration-committee-chairperson). "Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir", - deyən komitə sədri Piyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin naratlığını bildirib. O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik etmişdir.
Sizin Reklam Yeriniz