Əlaqə Arxiv
news Image
2020.10.30
14:52
| A A A
İlham Əliyev : “Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik”
Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı mübarizədə hər gün yeni zəfər, yeni uğur, yeni qələbə xəbərləri eşidirik, sevincimizin həddi-hüdudu yoxdur. Uca Allahın yardımı ilə xalqımızın 30 illik həsrətinə son qoyulur. Qələbələr münasibətilə xalqımı səmimi qəlbdən təbrik edirəm. Bu zəfərin əldə edilməsi Ali Baş Komandanın düşünülmüş siyasəti, müdrik uzaqgörənliyinin bariz nümunəsidir. Haqq yolunda aparılan mübarizəmizdə Ali Baş Komandanımıza güvənimiz sonsuzdur. Bu günlərdə yaşadığımız zəfər coşqusu bizlərə hər an sevinc göz yaşları, sevincdən doğan qəhər bəxş edir. Hər gün ardı-arası kəsilməyən, sevincli zəfər xəbərləri eşidirik. Bildiyimiz kimi 27 sentyabr erməni təxribatının qarşının alınması məqsədilə Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyətına başlamışdır. Əməliyyat uğurla davam edir. Bizim bu yoldakı haqq mübarizəmiz təkcə cəbhədə deyil, eyni zamanda diplomatiya meydanında da inamla irəli gedir. Belə ki, bir çox ölkələrin telekanallarına müsahibə verən Cənab Prezident dünyaya həqiqətləri çatdırmaq üçün bütün suallara geniş, aydın, səlist, həqiqəti əks etdirən cavablar verərək həqiqətən də necə düşmənlə üz-üzə olduğumuzu faktlarla izah etmişdir. 25 oktyabrda İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına da müsahibə verib. Jurnalist müsahibəyə ölkəmizə ziyarət etmək istədiyini bildirərərk başladı. Sonra bütün dünyanın gündəmini zəbt edən Ermənistan - Azərbaycan arasındakı müharibədən söz açan jurnalist reallığa uyğun olmayan fikirlər bildirsə də Cənab Prezident layiqli cavablar verərək bildirmişdir: - "Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, "diplomatik həll yoxdur" kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir." Aşur Cəbiyev Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz