Əlaqə Arxiv
news Image
2020.10.30
21:03
| A A A
Əli Əsədov Pakistan səfiri ilə görüşdü
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovoktyabrın 30-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Mövqe.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Siyasi, ticari-itqisadi, hərbi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləriətraflı müzakirə edilib. Baş Nazir Əli Əsədov Ermənistan silahlı qüvvələrinin hal-hazırda davam edən təcavüzü ilə bağlı PakistanınAzərbaycana verdiyi dəstəyə və göstərdiyi qəti mövqeyə görə təşəkkürünü bildirib. Səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Sizin Reklam Yeriniz