Əlaqə Arxiv
news Image
2020.10.31
08:29
| A A A
Ordumuzun qadağan olunmuş heç bir silah və sursatı yoxdur

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - MN qeyd edib.

Sizin Reklam Yeriniz