Əlaqə Arxiv
news Image
2020.10.31
12:47
| A A A
Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq - Prezident

İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yeri gəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam etdi.

Mövqe.az xəbər verir ki, bu sözləri Prezident İlham əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı deyib.

"Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var - bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər", - Prezident bildirib.

Sizin Reklam Yeriniz