Əlaqə Arxiv
news Image
2020.10.31
13:04
| A A A
Onların qərəzliliyi ilə bağlı böyük şübhələr var - Prezident

Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar.

Mövqe.az xəbər verir ki, bu sözləri Prezident İlham əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı jurnalistin “Onlar iddia edirlər ki, siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz” sualına cavabında deyib.

“Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var”, - Prezident bildirib.

Sizin Reklam Yeriniz