Əlaqə Arxiv
news Image
2020.10.31
16:56
| A A A
Ermənistan döyüş meydanında məğlub olur

Azərbaycan xalqı çox ağır bir dövr yaşayır.İki cəbhədə döyüşən dövlətimiz gözəgörünməz virus Covid-19 və gözəgörünən, amma çox ləyaqətsiz düşmən, erməni xisləti ilə üzbəüzdür.İkinci düşmən bu Vətən müharibəsində hər cür hiyləyə əl atır,hər cür şərəfsizliyi nümayiş etdirir.Amma xalqımızın əzmi, Ali Baş Komandanımızın iradəsi,ordumuzun rəşadəti o qədər sarsılmazdır ki,əsgərlərimizin döyüş ruhu,qələbə əzmi bizi birgə möhkəm olmağa sövq edir.

      Doğrulara söykənən cəsarətimiz , haqq yolda olmağımız düşmən üzərində zəfər calacağımız anı günbəgün yaxınlaşdırır.Doyüş meydanında məğlub olan düşmən beynəlxalq hüququ müntəzəm pozaraq qadağan olunmuş silahlardan istifadə edir,dəfələrlə humanitar atəşkəsi pozaraq mülki əhalini öldürür,yaralayir,bununla da qorxu,xof yaratmaq məqsədilə ən murdar vasitələrə əl atır.Azərbaycan ordusu isə işğal altında olan torpaqları döyüşərək , qan tökərək azad edir,dinc əhalini əsla zərbə altına qoymur.

        Erməni xislətinə göz yuman,onlarin nahaq yolda olduğunu bilə - bilə dəstəkləyən , törədilən beynəlxalq cinayəti görməzdən gələn dövlətlər Azərbaycana şər,böhtan atır,müdafiə etdikləri dövlətin terror siyasətini unudur,bununla da gələcəkdə özlərini hədəfə qoyurlar.Əlbəttə,bizə dəstək olan , qanı, canı bir olan Türkiyə, dostluq , qardaşlıq sərgiləyən Pakistan,İsrail kimi dövlətlər də var.Biz haqq yolundayıq.Birliyimizin,inamımızın sarsilmasi mümkün deyil.Böyük Allah bizimlədir.Qələbəyə çox az qalıb.Qarabağ Azərbaycandır!

                                                                                                               

 

Elnurə Mamedova

Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz