Əlaqə Arxiv
news Image
2020.11.04
17:45
| A A A
Beş rayonun demək olar ki hamısı işğaldan azad edilib

Sentyabrın 27-dən etibarən davam etməkdə olan müharibənin əsas səbəbkarı olan erməni qüvvələri, məğlubiyyəti qəbul edə bilmədiyi üçün mülki şəxslərə hücum etməyə davam edir. Törətdikləri hərbi cinayətləri gizlətməyə çalışan Ermənistan, müxtəlif yalanlar uydurur, lakin Ali Baş Komandanımız dünya mediasında həqiqətləri işıqlandırmağa davam edir.

Oktyabrın 31-də Almaniyanın ARD televiziya kanalına müsahibə verən Prezident İlham Əliyev, atəşkəsi pozan tərəfin Ermənistan olduğunu qeyd edib. Hərbi təxribatları ilə qalibiyyət əldə edəcəklərini düşünən mənfur düşmənlərimiz rəşadətli Azərbaycan ordusunun cavabları ilə məğlubiyyətə doğru addımladıqlarını bir daha anlayıblar. Cənab Prezidentin sözlərinə görə artıq beş rayonun demək olar ki hamısı işğaldan azad edilib. Azərbaycan, Ermənistandan fərqli olaraq yalnız öz torpaqları uğrunda ədalətli şəkildə mübarizə aparır və bizlər bu mübarizədə Ali Baş Komandanımızın, güclü Ordumuzun yanındayıq! Qanımızın son damlasına qədər döyüşməyə hazırıq!

Ədalətli bir şəkildə mübarizə aparan bizlər, mənfur düşmənə layiqli cavabını veririk, onları məğlub edirik. Qüdrətli Azərbaycan ordusu yeni tarix yazır və bizlər bu yolda Ali Baş Komandanımıza, ordumuza hər zaman dəstəyik! Hər bir Azərbaycan vətəndaşı ordumuz ilə, igid əsgərlərimiz ilə fəxr edir! Bütün işğal altında olan torpaqlarımız azad edilir və bu sona qədər davam edəcəkdir!

 

Fatimə Əlixanlı

Nəsimi Rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi

Sizin Reklam Yeriniz