Əlaqə Arxiv
news Image
2020.11.05
18:25
| A A A
Ermənistan dövlət olaraq heç bir beynəlxalq hüquq və media azadlığı normalarına hörmət etmir

Müasir dünyanı mətbuatsız təsəvvür etmək mümkün deyil. Söz və mətbuat azadlığı demokratik dünya üçün bir dəyərdir. Hansı ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları müxtəlif səviyyələrdə tədbirlər görürərək dəyərləri qoruyub saxlamaq istəyirlər. Bu sözləri Mövqe.az saytına bildirən Milli Məclisin deputatı Məşhur Məmmədov təəssüflə qeyd etdi ki, hazırda bəzi dövlətlərdə şəxsi mənafeləri üzündən dəyərlərin qorunmasına əhəmiyyət verilmir. Misal olaraq faşist ideologiyasına xidmət edən Njde ilə öyünüb ona heykəl qoyan terrorçu Ermənistan dövləti. Ermənistan və onun dəstəklədiyi ASALA erməni terror təşkilatı informasiya müharibəsi müstəvisində ən iyrənc, qeyri-siyasi və qeyri-insani formalarda addımlar atmaqdadırlar, - deyən deputat onu da əlavə etdi ki, bu gün Ermənistan terrorçu mahiyyətinə uyğun olaraq Azərbaycana qarşı təcavüzkar siyasətini gizlətmək üçün hər cür alçaq və iyrənc yola əl atır. Xarici KİV-ləri izləyərkən xəbər tuturuq ki, erməni lobbisinin və diasporunun təşkilatçılığı ilə Fransada "TF1" televiziyasının müxbirinə və Amerikada "Nyu-York Tayms" qəzetinin əməkdaşına qarşı təhdid, təzyiq və təqiblər müntəzəm xarakter alıb. Media işçilərinin incidilməsinin yeganə səbəbi ABŞ və Fransanın adıçəkilən media qurumları ermənilərin törətdikləri cinayətlərə obyektiv və ədalətli mövqe sərgiləməsidir. Burdan aydın olur ki, işğalçı Ermənistan dövləti həqiqətlərin dünya ictimaiyyətinə açıqlanmasında nəinki maraqlı deyil, hətta bütün çirkinliklərdən istifadə edərək həqiqərəti ört-basdır etməklə məşğuldur. Bu, bir daha sübut edir ki, Ermənistan dövlət olaraq heç bir beynəlxalq hüquq və media azadlığı normalarına hörmət etmir. M. Məmmədovun fikrincə işğalçı Ermənistanın demokratik prinsiplərə və media azadlığına təzyiq və təhdid siyasəti yolverilməzdir, buna görə də deputat hesab edir ki, Ermənistanın özbaşınalığı cəzasız qalmamalıdır. Sonda deputat təəssüflə diqqətə çatdırdı ki, bütün dünya ölkələrinə demokratiya dərsi keçməyə çalışan Fransa və ABŞ onların media qurumlarını, jurnalistlərini, siyasətçilərini təhdid edən ermənilərin bu cinayətkar addımlarını görməzdən gəlirlər. Söz və media azadlığını qoruyan beynəlxalq təşkilatların, QHT-lərin də tədbirsiz qalması təəssüf və təəccüb doğurur. Mənə elə gəlir ki, Ermənistanın insan haqları, demokratiya və azad media prinsiplərini təhdid edən addımlarının cəzasız qalması hər kəsi düşündürməlidir. Yoxsa, Fransa və ABŞ-ın media nümayəndələrinin təhdid edilməsinə görə Ermənistana qarşı tədbirlər görməmələri bu dövlətlərin siyasətinin əsl mahiyyətini ortaya qoyur və onların demoktatik dəyərlər üzərində dövlət idarəetməsini şübhə altına qoyur.

Elnurə Abuşova

Sizin Reklam Yeriniz