Əlaqə Arxiv
news Image
2020.11.07
19:16
| A A A
Ermənistanın dinc əhaliyə qarşı hərbi cinayətləri bitmir - Hikmət Hacıyev

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir.

Mövqe.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib: "Ermənilərin hücumu nəticəsində Bərdə rayonunda bir yeniyetmə oğlan həlak olub, Tərtər rayonunda isə bir mülki şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmağa davam edir".

Sizin Reklam Yeriniz