Əlaqə Arxiv
news Image
2020.11.07
21:07
| A A A
Hacıyev Bərdə hücumları ilə bağlı BMT-yə çağırış etdi

Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanln dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi.

Mövqe.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

Hikmət Hacıyev YUNİSEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.

Hikmət Hacıyev Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlərinin dayanmadığını bildirib:

“Ermənistanın Bərdənin kəndində hücumu nəticəsində yeniyetmə oğlan öldürülüb, Tərtər rayonunda daha bir dinc şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülmüş dinc sakinlərinin sayı artmağa davam edir”.

Sizin Reklam Yeriniz