Əlaqə Arxiv
news Image
2020.11.11
10:32
| A A A
Ermənilərin Şuşaya hansısa iddia irəli sürmələri üçün heç bir əsas yox idi
Natiq Cəfərli: “Şuşanın azad edilməsi Azərbaycanın bundan sonrakı tarixinin şanlı səhifələrindən biri olacaq” Azər Həsrət: “Şuşanın azad edilməsi bütövlükdə Qarabağ məsələsinin çözümünə səbəb oldu”


Nəhayət Azərbaycan özünün tarixi torpaqlarına sahib çıxdı. Şuşa 28 illik həsrətdən sonra azadlığa qovuşdu. Qeyd edək ki, Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik mənbəyidir. Mədəniyyətimizin beşiyi olan bir şəhərdir. Bir sözlə, Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir.
Şuşanın işğaldan azad edilməsi tarixi həqiqətlərin təsdiqlənməsi fonunda nə deməkdir?
ReAL-ın icraçı katibi Natiq Cəfərlinin fikrincə, Şuşanın işğaldan azad edilməsi Azərbaycanın bundan sonrakı tarixinin şanlı səhifələrindən biri olacaq: “Şuşa Azərbaycanın mənliyidir, mənəvi kimliyidir. Şuşasız Azərbayanı təsəvvür etmək belə mümkün deyil. Şuşa qalası hərbi-strateji üstünlük əldə etmək baxımından da mühüm məntəqədir. Bu amil də çox vacibdir. Amma bu şəhərin işğaldan azad edilmıəsinin mənəvi üstünlüyü daha böyükdür. Şəhərin işğaldan azad edilməsi sanki Azərbaycanın qəlbinin sağalması deməkdir. Şuşasız bunu təsəvvür etmək çətin idi. Ona görə də 45 günlkü əks-hücum əməliyyatında Şuşanın azad edilməsi bütün əməliyyat prosesinin şah əsəri oldu. Məhz Azərbaycan Ordusunun sücaəti nəticəsində ağır döyüşlərlə də olsa Şuşa geri qaytarıldı.
Bu hadisənin Azərbaycanın gələcəyi, mənəvi bütövlüyümüz, xalqın bütövlüyü üçün  mühüm əhəmiyyəti vardır. Fikrimcə, Şuşanın azad edilməsi Azərbaycanın bundan sonrakı tarixinin şanlı səhifələrindən biri olacaq”.
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Şuşanın azad edilməsilə bütövlükdə Qarabağ problemi öz məntiqi nəticəsini tapdı: “Ümumiyyətlə, müharibə dövründə baş verən hadisələrin hər biri tarixi əhəmiyyətə malik hadisələrdir.  Amma Şuşanın işğaldan azad edilməsi tamam başqa bir mövzudur.  O mənada ki, bu qələbə Azərbaycan dövləti və Ordusunun, xalqımızın gücünü göstərdi. Şuşa yerləşdiyi məkana görə çətin alına biləcək qaladır.  Tarixdə də həmişə Şuşaya hücum edənlər çətinliklərlə üzləşib və çoxli itkilərə məruz qalıblar.  Azərbaycan Ordusu isə belə br şəraitdə və xarici mətbuatın yazdığına görə xüsusi texnikadan istifadə etmədən, obrazlı desək yalın əllə müqəddəs şəhərimizi düşmən işğalından azad etdi. Şuşa tarixən Azərbaycan şəhri olub. Ümumiyyətlə, qalanın təməli qoyulandan bu günıə qədər həmişə Azərbaycan şəhəri olub.  1992-ci ildə ermənilər şəhəri işağl edənə qədər də şəhər əhalisinin 90 faizindən çoxu azərbaycanlılar olub. Belədə təbiidir ki, ermənilərin bu şəhərə hər hansı bir iddia irəli sürmələri üçün heç bir əsas yox idi, bu gün də yoxdur, sabah da olmayacaq. O mənada düşünürəm ki, tarixi ədalət bərpa olundu. Azərbaycan öz qədim və dəyərli şəhərini Ermənistan işğalından azad etdi.
Bu azadlıq isə bütövlükdə Qarabağ məsələsinin çözümünə səbəb oldu.
Üç ölkə rəhbərləri arasında imzalanan məlum sənəd əslində məhz Şuşada baş verənlərin məntiqi nəticəsi idi. Şəhəri işğaldan azad etməklə Azərbaycan göstərdi ki, bunu edəcək qədər gücə sahibdir. Ermənistan da göründüyü kimi son olaraq bu güclə hesablaşmalı oldu”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz