Əlaqə Arxiv
news Image
2020.11.11
08:00
| A A A
Müzəffər ordumuzun şanlı qələbəsi beynəlxalq aləmdə ermənizmə ciddi zərbə vurdu
Qasım Hacıyev: "Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi faktı beynəlxalq aləmdə ermənizmin dayaqlarının sarsılmasında önəmli rol oynadı"

“Erməni lobbisi indən sonra nə qədər çalışsa da, ermənilərin sınmış belini dikəldə, erməniləri “yazıq millət” kimi təqdim edə bilməyəcək”.
Erməni lobbisi bütün dünyanı “qırxayaq” kimi tutduğu məlumdur. Amma son ay yarımda xaricdəki erməni lobbisinin, ermənizmə dəstək verən qüvvələrin səsi elə də “yüksəkdən” gəlmir. Əlbəttə, bunun başlıca səbəbi Azərbaycan ordusunun Ermənistanın işğalı altında olan ərazilərimizi qəsbkarlardan azad etməsidir. Müharibəyə qədərki müddətdə həm Ermənistana, həm də Dağlıq Qarabağda yaradılan qondarma rejimə ciddi dəstək verən, onları maliyələşdirən erməni lobbisi Azərbaycanın qazandığı zəfərlər qarşısında aciz duruma düşüb. Burada həm də başlıca səbəblərdən biri artıq Ermənistanın həyata keçirdiyi terrorçu, təcavüzkar siyasətin iflasa uğramasıdır. Bütün dünya Ermənistanın terrorçu və təcavüzkar dövlət, erməni xalqının isə yalançı, yaltaq, iki üzlü, iri dövlətlərin əlində alət olduğunu, erməni lobbisinin isə gerçək bir terror şəbəkəsi olduğunu yaxşı dərk edir.
Azərbaycanın Qarabağı işğaldan azad etməsi, Ermənistan hökümətini təslim etməsi dünyada erməniliyə, ermənizmə necə zərbə vurur?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasın Hacıyev “Mövqe”yə şərhində bildirdi ki, artıq ermənilər bir toplum olaraq dünyada ifşa olunublar. Azərbaycan ordusunun Qarabağ cəbhəsində qazandığı uğurların və torpaqlarımızın işğaldan azad edilməsinin, bütövlükdə bu prosesin beynəlxalq aləmdə erməni lobbisinin də imicinə ciddi zərbə vurduğunu deyən Q.Hacıyev hesab edir ki, bundan sonra dünya ictimaiyyəti ermənizmin necə təhlükəli olduğunu anlayır və mümkün qədər bu toplumdan uzaq durmağa çalışır. “Ermənilərin işğalçılıq hərəkətləri, qonşu ölkələrə qarşı əsassız ərazi iddiaları uzun müddətdir ki, davam edir. Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına ən çox dəstək verən xaricdəki erməni lobbisi, diaspor qurumları olub. Məhz erməni lobbisi dünyaya erməniləri yazıq, çarəsiz, əzilən, məzlum bir toplum kimi tanıdıb, təbliğatlarını həmişə bu formada qurublar. Bunun altında isə erməni işğalçılarına dəstək veriblər. Dünyada 870-dən çox erməni diaspor təşkilatları mövcuddur. Çox az ölkə tapılar ki, orada erməni diaspor təşkilatı olmasın, erməni lobbisi fəaliyyət göstərməsin. Ermənilərə həmişə əsas təkanı erməni lobbisi verib. XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına ən çox səy erməni diasporu tərəfindən göstərilib. Ermənilərin dövlətləri olmayan dövrdə bütün erməniləri idarə edən, onları yönləndirən Qriqoryan kilsəsi idi. Onun istəklərini isə erməni diaspor təşkilatları, erməni lobbisi  yerinə yetirirdi. Bilirsiz ki, XX əsrin əvvəllərində üç böyük təşkilat yaranmışdı, onların ən öndə gedəni isə “Daşnakstyun” partiyası idi. BU terorçu təşkilat əsasən öz fəaliyyətini müüxtəlif xarici ölkələrdə davam etdirib. Bu təşkilatın da, erməni lobbisinin də əsas məqsədi nəyin bahasına olursa olsun erməni dövləti yaratmaq olub. Hətta buna görə iri miqyaslıq terror aktları həyata keçirməkdən çəkinməyiblər. Onların terrorçuluq niyyətləri həm Birinci Qarabağ Müharibəsində, həm də bizim qələbəmizlə başa çatan Vətən Müharibəsində özünü göstərdi. Erməni lobbisi və onların tərəfdarları həm Ermənistan tərəfindən gəlib müharibədə bizə qarşı vuruşdular, həm də müxtəlif dilənçilik yollarından istifadə edərək Ermənistana maddi dəstək göstərilməsinə nail olurdular. İngilislərə, almanlara, fransızlara kələk gəlmək yolu ilə əldə etdikləri ianələri Ermənistana veriblər. Erməni lobbisi həm dilənçilik, həm də cinayət yolu ilə əldə etdikləri vəsaitdən həm Ermənistanı, həm də Dağlıq Qarabağda yaradılan qondarma qurumu maliyələşdirmək üçün istifadə ediblər. Eyni zamanda da onlar müzdlu döyüşçülər tutub Azərbaycan ordusu ilə döyüşməyə göndərirdilər. 
Erməni lobbisinin yalvarışı, bəzən hədəsi ilə Azərbaycana qarşı müxtəlif təzyiqlər göstərən ölkələrin özləri də artıq ermənilərin mahiyyətini dərk ediblər. Azərbaycan ordusunun Qarabağ cəbhəsində əldə etdiyi hərbi uğurlar nəticəsində torpaqlarımız işğaldan azad edilib və bu amil dünyada ermənilərin əsl mahiyyətini ortaya qoydu. Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi faktı beynəlxalq aləmdə ermənizmin dayaqlarının sarsılmasında önəmli rol oynadı. Ermənilərin beli elə qırılıb ki, bir də onların ayağa qalxması çətindir. Azərbaycan ordusu cəbhədə ədaləti bərpa etdi və bizim mövqeyimizlə artıq bütün dünya hesablaşır. Ermənilərin dünyada demək olar ki, nüfuzu çox aşağı səviyyədədir, son hadisələr onların bir toplum olaraq  iç üzünü tamamilə açıb ifşa etdi. Erməni lobbisi indən sonra nə qədər çalışsa da, ermənilərin sınmış belini dikəldə, erməniləri “yazıq millət” kimi təqdim edə bilməyəcək. Çünki onların belini Azərbaycan ordusunun və Azərbaycan xalqının dəmir yumruğu sındırıb. Dünənə kimi nəinki Azərbaycana, bütövlükdə beynəlxalq aləmə meydan oxuyan ermənilər indi susublar. Çünki onları susduran qüvvə həm ədaləti bərpa edib, həm də ermənizmin bütün dünya üçün təhlükəli olduğunu bir daha sübut edib”-deyə Q.hacıyev qeyd etdi.
Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz