Əlaqə Arxiv
news Image
2020.11.11
11:03
| A A A
Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi - Hulusi Akar

Azərbaycan Müdafiə Nazirliyində Qarabağda əldə olunmuş qələbə münasibəti ilə ziyafət təşkil edilib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Ziyafət zamanı müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov bir-birlərini qucaqlaşaraq təbrik edib.

H.Akar bildirib: "Əldə olunan nəticə bizi xoşbəxt etdi, bu bir oyanışdır, Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə etdiniz".

Tədbirdə H.Akarı Türkiyənin Quru qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələr komandan Həsən Küçükakyüz müşayiət edib.

Sizin Reklam Yeriniz