Əlaqə Arxiv
news Image
2020.11.11
14:56
| A A A
Ermənilərə çağırış: Hər şeyi “düzəltmək üçün” 96 saatımız var

Hələ heç nə biryolluq itirilməyib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Feysbuk səhifəsində yazıb.

Ölkə siyasətinə yaxşı bələd olduğunu, regional qüvvələri yaxşı tanıdığını iddia edən Minasyan bildirib ki, heç nə tam itirilməyib, hələ ümid var:

“Bizim üzərimizə qoyulmuş vəziyyəti düzəltmək üçün cəmi 4 günümüz var. Nikol vəzifədə qalmaq istəyir. Onun gedişi ilə yalnız vətənimizi xilas etmək istəyirik. Buna görə də Nikolun siyasi tələsinə düşməyin.

Hələ də çatdıra bilərik. Sizi inandırıram ki, biz hələ də bacara bilərik”.

Minasyan bunun üçün hamını Respublika meydanında mitinqə çağırıb.

Sizin Reklam Yeriniz