Əlaqə Arxiv
news Image
2020.11.11
16:48
| A A A
Hamı Əliyevin dediyi ilə oturub-duracaq, yoxsa... - Saakyan

Erməni silahlı birləşmələri Qarabağdan tamamilə çıxarıldıqdan sonra Azərbaycan bütün Qarabağı, hətta imzalanmış sazişə görə ermənilərin qalacağı rayonları da öz nəzarəti altına götürəcək.

Mövqe.az xəbər verir ki, bu barədə erməni dövlət xadimi Suren Saakyan öz sosial şəbəkə hesabında yazıb.

“Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, hər kəs Bakının qaydalarına uyğun davranacaq. Əgər nəsə, azacıq da olsa, Azərbaycanın xoşuna gəlməsə, Bakı ruslara xəbərdarlıq edəcək ki, onların Qarabağda yerləşməsi düzgün deyil. Yeri gəlmişkən, bu imzalanmış sazişdə qeyd olunub. Bakı asanlıqla eyni məntiq və məqsədlərlə yeni müharibəyə başlaya bilər. Biz sadəcə olaraq tam məğlubiyyətimizi təxirə salmışıq", - o yazıb.

Sizin Reklam Yeriniz