Əlaqə Arxiv
news Image
2020.11.12
11:30
| A A A
Çavuşoğlu: Ermənistan atəşkəsi pozsa...

Əgər Ermənistan desə ki, biz atəşkəsi pozacağıq, o zaman bundan əvvəl olduğu kimi, yenə də cavabını alacaq.

Mövqe.az xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, müharibəni istəyən Ermənistan olub:

“Hər zaman Ermənistan atəşkəs rejimini pozub, müharibəni istəyən də Ermənistan idi. Daha əvvəl atəşkəsi üç dəfə pozdular və bunun cavabını verdilər.

Ya onlar müqaviləyə əməl etməklə könüllü surətdə o torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu öz ərazini tam geri qaytaracaq. Bir daha Azərbaycan Ordusunu təbrik edirəm. Onlar hansı həll yolunu seçərsə, biz həmişə onların yanındayıq”.

Sizin Reklam Yeriniz