Əlaqə Arxiv
news Image
2020.11.12
14:34
| A A A
Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək - Lavrov

Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək.

Mövqe.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, türk müşahidəçilərin hərəkətliliyinin sərhədləri birgə monitorinq mərkəzinin yerləşəcəyi coğrafi koordinatlarla məhdudlaşacaq:

"Bu mərkəz Azərbaycanın Qarabağa yaxın olmayan ərazisində yerləşəcək. Mərkəz sırf distant rejimdə, texniki nəzarət vasitələri, o cümlədən pilotsuz uçuş aparatları və digər texnologiyalardan istifadə etməklə fəaliyyət göstərəcək. Bu vasitələr Qarabağda yerüstü vəziyyətə nəzarət etməyə, hansı tərəfin şərtlərə əməl etdiyini və ya etmədiyni müəyyənləşdirməyə kömək edəcək".

Sizin Reklam Yeriniz