Əlaqə Arxiv
news Image
2020.11.13
11:28
| A A A
Şuşalı Əsra Məmmədli parlamentdə çıxış etdi

Milli Məclisin bugünkü plenar iclasında bu ilin 8 may tarixində, Şuşanın işğal günündə Milli Məclisdə çıxış edən şuşalı Əsra Məmmədli də iştirak edir.

Spiker Sahibə Qafarova Əsra Məmmədlini Milli Məclisin tribunasına dəvət edib.

Mövqe.az xəbər verir ki, Əsra Məmmədli çıxış edib:

“Mən Şuşadanam. Artıq azad Şuşadanam. Artıq hamı bilir, bütün dünya bilir ki, işğala son qoyuldu. Azərbaycan xalqı öz torpağına sahib çıxdı. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Ali Baş Komandan bizi doğma torpağımıza qovuşdurdu.

Bayrağımız Cəbrayılda, Zəngilanda, Füzulidə və bütün Azərbaycan torpaqlarında dalğalanır. Artıq mən qaçqın deyiləm. Öz evimə qayıdıram”, - deyə, Ə.Məmməli deyib.

Sizin Reklam Yeriniz