Əlaqə Arxiv
news Image
2020.11.13
16:44
| A A A
Rusiya Qoşulmama Hərəkatında müşahidəçi olmaq üçün Azərbaycanla işləyir - XİN
Rusiya Qoşulmama Hərəkatının müşahidəçi statusunu qazanmaq üçün təşkilatın hazırkı sədri Azərbaycanla sıx təmasdadır.
Mövqe.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, son illərdə Rusiyanın Qoşulmama Hərəkatı ilə sıx əməkdaşlığı formalaşıb:
“Buna ilk növbədə Rusiya ilə Qoşulmama Hərəkatı üzv ölkələrinin beynəlxalq gündəlikdəki məsələlərə yanaşmasının uyğun olması kömək edir. Bu şəraitdə Rusiyanın statusunun yüksəldilməsi məntiqi təşəbbüsdür və bunun reallaşdırılması təşkilatın nizamnamə sənədlərində nəzərdə tutulmuş bir sıra təşkilati tələblərin icrası ilə bağlıdır”.
Sizin Reklam Yeriniz