Əlaqə Arxiv
news Image
2020.11.14
21:03
| A A A
Bizim qələbə həm hərbi, həm də siyasi qələbədir

Sentyabrın 27-də başlanan müharibəni müasir müharibə adlandırılması bəlkədə daha doğru olar. Azərbaycan bu müddətdə əldə olunan qələbə müasir texnika və hərbi avadanlıqlarla silahlanmış güclü və təcrübəli Azərbaycan əsgərləri ilə gedən müharibə idi. Bu müharibədə ən müasir silahlardan istifadə etməklə minimal itkilər verərək qısa müddət ərzində qələbə qazandıq. Düşmənin hərbi texnikasını məhv etdik. Çoxlu sayda qənimətlər götürdük. Canlı qüvvəsinə ciddi zərbə vurduq. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı bu gün dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. 30 ildə özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri 44 gün ərzində darmadağın edildi. Artıq bu zərbədən sonra Ermənistan silahlı qüvvələrinə dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Dünya ölkələrinə verilən müsahibələr 44 gün ərzində bütün dünya mətbuatında gündəmdə oldu. Qalib ölkənin qalib Lideri verdiyi müsahibələr bu gündə gündəmdədir və illərlə oxunacaq. Lakin işğalçı Ermənistanın rəhbərinin verdiyi müsahibələr hər zaman gülüş vəziyyətində olduğunu yazdı və bu müharibələr hər zamankı kimi bütün dünya mətbuatında da qeyd edildi.

44 gündə Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi. Bütün təzyiqlərə mərdanə şəkildə sinə gəldi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin 30-dan artıq dünya mediyasına verdiyi müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Ermənistan və onun havadarlarının israrla və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan  planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın  davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə  və nə zaman etməyi özünün yaxşı bildiyi bir daha nümayiş etdirdi.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı. Xalqın inamını özünə qaytardı.

Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Bütün Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan prezidentinin ətrafında birləşəcək.

G.Verdiyeva

YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının sədri  

Sizin Reklam Yeriniz