Əlaqə Arxiv
news Image
2020.11.17
11:46
| A A A
Türkiyə Nazirlər Kabinetinin iclasında Qarabağ müzakirə olunacaq

Dağlıq Qarabağda hərbi əməliyyatların dayanmasından sonrakı vəziyyət bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

Mövqe.az-ın məlumatına görə, iclas zamanı münaqişədən sonra əldə olunmuş razılaşma çərçivəsində Ermənistanın işğal altındakı torpaqları Azərbaycana təhvil verməsi prosesi, Türkiyə və Rusiyanın birgə monitorinq üçün əsgər göndərmək məsələləri müzakirə olunacaq.

Nazirlər Kabinetinin iclası Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Sizin Reklam Yeriniz