Əlaqə Arxiv
news Image
2020.11.17
22:10
| A A A
Azərbaycan öz ərazilərini geri qaytardı - Putin

Hətta Ermənistan özü Dağlıq Qarabağın “müstəqilliyini” (dırnaq bizimdir – red.) tanımayıb. Bu, o deməkdir ki, Azərbaycan öz ərazisini qaytarmağa çalışıb.

Mövqe.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Rossiya-24-ün efirində deyib.

“Heç kim, hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən nə deməkdir? O deməkdir ki, Azərbaycan öz ərazisini geri qaytarıb, hansı ki, bütün beynəlxalq birlik o əraziləri Azərbaycan ərazisi sayırdı. Bununla əlaqədar ona yardım edən hər hansı müttəfiqi seçmək haqqı var idi”, - Putin bildirib.

Sizin Reklam Yeriniz