Əlaqə Arxiv
news Image
2020.11.18
08:30
| A A A
İflasa uğramış düşmənin son cəhdləri
Məhərrəm Zülfüqarlı:“Ermənistan ondan əndişələnir ki, Naxçıvana yol çəkilərkən onların İrandan qidalandıqları nəfəslik əllərindən alına bilər, hər şeydən məhrum olarlar”

Üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın kürkünə birə düşüb. Onları əsas yerindən oynadan məsələlərdən biri quru yolla Naxçıvana nəqliyyat dəhlizinin yaradılması ilə bağlı sənəddə əks olunan bənddir. Siyasi şərhçilər qeyd edir ki, Naxçıvana çəkilməsi nəzərdə tutulan quru yol Mehrinin içindən çəkilə bilər. Bu da ermənilərin təşvişə düşməsinə səbəb olub. Belə ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri, hakim “Mənim addımım” fraksiyasından deputat Andranik Koçaryan jurnalistlərlə söhbətində deyib: “Hazırda Ermənistanın qapıları Mehridən açılır. Mehri ciddi müdafiə olunmalıdır ki, risqləri aradan qaldıra bilək”.
Ermənilər üçün Mehri istiqamətində risqlər nədən ibarət ola bilər?
Ermənistanın əndişəsinin səbəbini “Mövqe”yə şərh edən AVCİA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor, tanınmış siyasi şərhçi Məhərrəm Zülfüqarlı bildirdi ki, 1918-ci ilə qədər Ermənistan adlı dövlət olmayıb, 1918-ci ildə Azərbaycanın tarixi torpağında daşnak Ermənistan yaranıb, XI ordunun işağalından sonra isə o ərazilər Ermənistana verildi və orada Ermənistan Sovet respublikası yarandı. “Amma Cumhuriyyət dövründə o ərazilərin bir hissəsi mübahisəli neytral ərazi sayılırdı, bir hissəsi isə Azərbaycan ərazisi idi. Sonra Sovet Rusiyasının göstərişi ilə Zəngəzur Ermənistana verildi. Bunun nəticəsində Ermənistan İranla sərhəd oldu və onların İrana çıxışları yarandı. İndi Ermənistan ondan əndişələnir ki, Naxçıvana yol çəkilərkən onların İrandan qidalandıqları nəfəslik əllərindən alına bilər, hər şeydən məhrum olarlar.  Ermənistan hökümətini  qorxudan amil odur ki, birdən bunun nəticəsində Mehri əllərindən çıxa bilər. Ona görə də belə əndişələnirlər və ağıllarına gələni danışırlar. 
Amma beynəlxalq daşıqlarda müxtəlif formaları var idi. Məsələn, elə zənn edin ki, yol çəkilərkən onun  altından da tunel çəkilir, ermənilər tunel vasitəsilə İrana, Azərbaycan isə tunelin üzərindən keçən quru yol vasitəsilə Naxçıvana çıxış əldə edir. Ermənistan rəsmiləri indiki vəziyyətdə çox sərsəmləmələr edəcəklər. Çünki biabırıçı məğlubiyyətdən sonra Ermənistan hökümətində olan siyasi böhran daha da dərinləşib. Üstəlik də, Paşinyanın istefa məsələsi gündəmdədir, bunun nəticəsində də onun partiyasının “yarpaq töküm”ü başlayıb, partiya üzvləri istefa verirlər. Ona görə də, Ermənistanın dediklərinə elə də ciddi yanaşmaq lazım deyil, bu onların növbəti sərsəmləməsidir. Əsas odur ki, Azərbaycan güclü bir dövlət kimi öz mövqeyini ortaya qoydu. Baxaq, gözləyək görək Ermənistanda növbəti hakimiyyətdə kimlər olacaq, nisbətən ağıllı adamlar olacaqlarsa onlarla müəyyən məsələləri müzakirə etmək olar”. 
M.Zülfüqarlı qeyd  etdi ki, Mehri də, Qafqan da, İrəvan da, Ermənistanın digər əraziləri də Azərbaycanın tarixi əraziləri olub.  “Amma biz Azərbaycanın BMT-yə daxil olan ərazisi çərçivəsində ərazibütövlüyümüzü bərpa edirik. Biz bütün tarixi Azərbaycan ərazilərini götürsək bizim çox böyük ərazilərimiz. Amma  indiki halda biz onların heç birinə iddialı deyilik. Cənab Prezident də dəfələrlə qeyd edib ki, biz yalnız Azərbaycan Respublikasının ərazibütövlüyü uğurunda mübarizə aparıb qalib gəlmişik, bu ərazilərimizi də indən sonra inkişaf etdirmək, orada həyatı canlandırmaq, Ermənsitan tərəfindən dağıdılmış evləri, yaşayış yerlərini bərpa etməkdir. Yəni biz işğaldan azad edilən ərazilərimizdə sırf quruculuqla məşğul olacağıq”, - deyə M.Zülfüqarlı bildirdi. 
Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz