Əlaqə Arxiv
news Image
2020.11.18
19:52
| A A A
Bu cür kustar sistemlər Suriyada istifadə edilir - Hacıyev

Füzulinin kəndlərinin birində kustar üsulla hazırlanmış raket atan aşkar edilib.

Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında bildirib.

O qeyd edib ki, ermənilər bu cür silah vasitəsilə sıx məskunlaşmış ərazilərə raket atıb:

"Biz Füzulinin azad edilmiş kəndlərindəyik. Bu kustar üsulla hazırlanmış, səliqəsiz raketatan ermənilər tərəfindən sıx məskunlaşmış ərazilərə qarşı istifadə olunub. Bu cür kustar sistemlər əsasən Suriyada istifadə edilir. Ermənilər Yaxın Şərqdən muzdluları cəlb edib".

Sizin Reklam Yeriniz