Əlaqə Arxiv
news Image
2020.11.19
13:15
| A A A
İspaniya nəşri Putinin Qarabağla bağlı fikirlərindən yazdı

İspaniyanın geniş oxucu auditoriyasına malik “La Vanguardia” qəzetinin elektron versiyasında dərc olunmuş yazıda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Rossia 24” telekanalına müsahibəsində Qarabağla bağlı dediyi fikirlər yer alıb.

Mövqe.az xəbər verir ki, yazıda Vladimir Putinin beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, hətta Ermənistanın belə qondarma qurumun “müstəqilliyi”ni tanımaması ilə bağlı fikirləri əks olunub.

Rusiya prezidenti qeyd edib ki, Azərbaycan Ermənistan ərazisinə hücum etməyib və buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı döyüşlərə müdaxilə edə bilməzdi.

Yazıda, həmçinin Vladimir Putinin “əldə edilən üçtərəfli razılaşmadan imtina etməsi Ermənistan üçün “intihar” olardı” fikri yer alıb.

Sizin Reklam Yeriniz